Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul edib

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul edib
12:33

Milli Məclis 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib.

Bəyanat mətnini deputat Ramid Namazov səsləndirib.

Sözügedən mətni təqdim edirik: “Xalqımızın tarixi yaddaşında xüsusi yer tutan 27 Sentyabr- Anım Günü sarsılmaz milli birliyimizin rəmzi olaraq böyük mənəvi və ictimai-siyasi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın əzəli torpaqlarının işğalına son qoyulmasına, tarixi ədalətin bərpasına, dövlətimizin suveren hüquqlarının onun bütün ərazilərində bərqərar olmasına gətirib çıxaran 3 illik Zəfər yürüşünün başlanğıcı olub. Azərbaycan Prezidenti tərəfindən 27 Sentyabrın Anım Günü elan edilməsi dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərə dövlətin və xalqın dərin ehtiramının ifadəsidir...

Milli Məclis Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını ölümcül təhlükələrə atan əsgər və zabitlərimizə minətdarlığını ifadə edir”.

Bəyanat səsverməyə qoyularaq qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada