Yolumuz Qarabağa: Ev açarları VERİLDİ - YENİLƏNİB/FOTOLAR

Yolumuz Qarabağa: Ev açarları VERİLDİ - YENİLƏNİB/FOTOLAR
13:31

Sentyabrın 30-da doğma yurduna yola salınan köç karvanı Xocavənd şəhərinə çatıb.

News365.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə köçən 55 nəfərdən ibarət 16 ailəyə mənzillərinin açarları təqdim edilib.

    Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

    ***

    Sentyabrın 30-da səhər saatlarında yola salınan köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.

    News365.az xəbər verir ki, bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə köçən 60 nəfərdən ibarət 9 ailəyə mənzillərinin açarları təqdim edilib.

      Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

      ***


      Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.

      News365.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə (60 nəfər) köçürülüb.

      ***

      Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

      News365.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 60 nəfər, Xocalı şəhərinə 17 ailə - 78 nəfər, Xocavənd şəhərinə 16 ailə - 55 nəfər köçürülüb.

      Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

      Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.



      Sizin reklam burada
      Sizin reklam burada