Bolqarıstanda futbol klubunun prezidenti güllələnərək öldürüldü

Bolqarıstanda futbol klubunun prezidenti güllələnərək öldürüldü
12:23

Bolqarıstanda nəqliyyat və tikinti sahələrində tanınan iş adamı İliyan Filipov Plovdiv şəhərində qətlə yetirilib. O, baş nahiyəsindən güllə yarası alıb.

İliyan Filipov ölkənin ən böyük, həmçinin Avropanın aparıcı on nəqliyyat şirkətindən biri olan "PIMK"nın təsisçisi və rəhbəri idi. 

O, həmçinin "Botev Plovdiv" futbol klubunun prezidenti olub və Plovdivdəki "Hristo Botev" stadionunun tikintisi ilə tanınırdı.

Bolqarıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, gecə saat 01:00 radələrində Plovdiv məhəllələrindən birində güllələnmiş şəxslə bağlı məlumat daxil olub. Onun hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib və ağır cinayətlə bağlı araşdırma başlanıb.


Sizin reklam burada
Sizin reklam burada