İkinci dünya müharibəsinin ildönümü yaxınlaşır və hər kəsin unutduğu bir adam var hər il keçirilən belə gündə...Bu Bakılı kəşfiyyatçıdır.
Rixard Zorge - İkinci Dünya Müharibəsi zamanı Almaniyanın SSRİ-yə hücum edəcəyi tarixi dəqiq söyləyən sovet kəşfiyyatçısı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge Bakıda, Sabunçu qəsəbəsində, neftçi-texnik Adolf Zorgenin ailəsində anadan olub. Babası Albert Zorge Almaniya vətəndaşı idi. Rixard Zorge on üç yaşı olanda valideyinləri Almaniyaya köçüb. Ailəsinin İKA adlandırdığı Zorge orta məktəbdə “Baş nazir” ayaması almış idi.
Birinci Dünya Müharibəsi zamanı alman ordusuna çağırılan Zorge döyüşlərin birində sol ayağından yaralanıb və nəticədə ömür boyu sol ayağını çəkməli olub.
Almaniyada kommunizm ideyalarını müdafiə etdiyinə görə Rixard SSRİ-yə 1924-cü ildə qaçmaq məcburiyyətində qalır. Burada o, 1929-cu ildə Xüsusi Kəşfiyyat Orqanları ilə əməkdaşlığa cəlb olunur. Jurnalist kimi fəaliyyət göstərməklə Avropa ölkələrinə, sonra isə Çinə və Yaponiyaya göndərilir, “Ramzay” adı ilə casusluq edir.
Zorgeni Yaponiyaya kəşfiyyata göndərib. Zorge Almaniyaya gedərək özünü Almaniya Nasist Partiyasının üzvü olan jurnalist kimi tanıdıb. Bunun ardınca Yaponiyadakı Almaniya hərbi attaşesi Eugen Ottonun yanında işə düzəlib. Bir müddət sonra sovet kəşfiyyatçısı artıq Almaniyanın Yaponiyadakı səfiri olan Eugen Ottonun ən etibarlı adamı olub.
1941-ci ildə səfirlik işçilərinin vasitəsi ilə Zorge Barbarossa əməliyyatı (İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı hücumu) barədə məlumat öyrənir. 30 may 1941-ci ildə Rixard Sorge Mərkəzə məlumat göndərir:
"Hərbi attaşe Scholl bildirdi ki, almanlardan cinah və cinah manevrləri və ayrı-ayrı qrupları mühasirəyə almaq və təcrid etmək cəhdi gözləmək lazımdır. Müharibə 22 iyun 1941-ci ildə başlayacaq"
Həmin il Yaponiyada fəaliyyət göstərən sovet casusluq şəbəkəsi ortaya çıxarılmış olur və Rixard Zorge 18 oktyabrda Tokioda həbs olunur. Ağır işgəncələr altında Zorge casus olduğunu etiraf etsə də, SSRİ üçün işlədiyini inkar edir. Adolf Hitler isə Zorgenin onlara verilməsini tələb edirdi.
Yaponiya isə almanlara yox deyərək, SSRİ-nin əllərində olan yapon casuslarını Zorge ilə dəyişmək istədiklərini bildirdilər. SSRİ isə cavabında Rixard Zorge adlı birinin tanımadığını bildirir.
Yaponiyada həbs edildiyi vaxt yazdığı tərcümeyi-hal belə başlanırdı : "Mən Rixard Zorge, Bakıda doğulmuşam".
Ona ölüm hökmü elan edilir.
Nəzarətçi səhər saatlarında təkadamlıq kameraya daxil olub məhkumun adını, vaxtını və doğum yerini soruşanda Zorge başa düşdü ki, onun son saatı gəlib.
Boğazına ipi bağlayırlar. Son anda, həbsxana işçiləri artıq ilgəyi taxıb ayağının altındakı döşəmə yıxılmaq üzrə olanda Sorge gülümsəyərək yapon dilində qışqırdı: "Sobietto! Sekigun! Kyosanshugi! - Sovet İttifaqı! Qırmızı Ordu! Kommunizm!"
Rəsmi tibbi rəy məhkumun ürəyinin qeyri-adi güclü olduğunu göstərdi: nəbz yalnız 8 dəqiqədən sonra dayanır.
Onunedamda iştirak edən hər kəs bu insanın ruhunun gücünə daha da heyran idi. Zorgenin cəsədi Yaponiyada qohumları ola bilmədiyi üçün saxlanıldığı Suqamo həbsxanasının kütləvi məzarlığında dəfn edilmişdi. Sonralar Onun cənazəsi Tokionun Füçi səmtində yerləşən qəbiristanlığına köçürülüb və indi də orada yerləşir.
Qəbrin hər iki tərəfində iki daş var, onlardan birində “Müharibəyə qarşı mübarizədə canlarını vermiş yer üzündə sülh uğrunda cəsur döyüşçülər burada yatır” yazısı var. İkincidə “Zorge və onun tərəfdaşları”nın 11 adı və ölüm tarixi göstərilir.
1964-cü ilin sentyabrında, Tokio Olimpiadasına bir ay qalmış bütün qəzetlərdə Moskvaya gizli məlumatları teleqrafla çatdıran Zorgenin fəaliyyətini yenidən qiymətləndirən məqalələr dərc olundu.
Kəşfiyyatçının xidmətlərini inadla tanımaqdan imtina edən Stalin artıq vəfat etmişdi və baş katib postunu tutan Xruşşov Zorge adını bərpa etmək qərarına gəldi.
1964-cü ilin noyabrında Ali Sovet Zorgeyə Sovet İttifaqı Qəhrəmanı adını, 20 ildən sonra verir.
Qeyd edim ki, Rixard Zorgenin Azərbaycanlı qarışığı yoxdur, sadəcə Bakıda doğulub. Amma hər zaman Bakını sevgi ilə xatırlamışdır. Təəssüf ki, etdiyi xidmətlərin qiyməti bilinməmişdir.
Zaur Əliyev, tarixçi alim