HƏMAS İsrailə bəhanə verməsə...- Tural İrfan yazır

HƏMAS İsrailə bəhanə verməsə...- Tural İrfan yazır
09:35
Məlumata görə İsrailin Baş naziri B. Netanyahu dərhal Qəzzaya ağır və davamlı zərbələr endirilməsi ilə bağlı əmr verib.
O, bununla oktyabrın 13 də Misirdə qəbul olunmuş sülh anlaşmasını heçə saymış oldu. Məqsəd, Həması qıcıqlandırıb silahı yerə qoymamağa vadar etməkdir. Əgər Həmas silahı yerə qoysa İsrailin Fələstini tədricən işğal etməsinə əsaslı bəhanə olmayacaq.
Hədəfindən əsla yayınmır, konkret olaraq bütün Fələstini, daha sonra da digər qonşu ərəb ölkələrini tamamilə götürməkdə qərarlıdır.
İndiyəcən İsrailin bu qədər silahlanıb, nüvə silahı belə əldə etməsinə İranın fars - Sasani rejiminin böyük töhfəsi olub. Uzun illərdir sözdə hədə-qorxu gəlməklə İsrailin, bu "hədələrin reallaşması" qorxusu ilə bütün imkanlardan istifadə edərək nüvə silahına sahib olmasında İranın və proksi qüvvələrinin əvəzedilməz rolu var. İsrailin Yaxın Şərqdəki aktivliyinin və aqressiyasının əsl səbəbkarı İran rejimidir. Etiraf etdilər ki, bəli, Həmasın İsrailə ilk hücumu doğru qərar deyildi.
İsrail işinə yarayan Həması tamamilə ləğv enrək istəmir, əslində. Onsuz da bilir ki, bombalamaqla onları tükətmək mümkün deyil. Sadəcə məqsəd, mülki əhalini qovmaq və tamamilə ərazidən çıxarmaqdır.
Əgər Həması təhrik etməsə, atəşkəs olsa, mülki əhalini sürgün etməyə əsaslı bəhanə çətin olacaq.
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada