Əməkdar artist Bəhram Bağırzadə ona tənqid yazan izləyicilərinə xəbərdarlıq edib.
News365.az-a xəbər verir ki, aktyor mənfi şərh yazanları "qara siyahı"ya atacağını bildirib.
"Dostlar, mənim səhifəmdə yalnız pozitiv insanlar qalacaq. Əgər sən pozitivsənsə – xoş gəldin, qal, paylaş, gül, sev! Amma kim ki, mənfi enerji gətirir, kobud danışır və ya pis sözlər yazır – elə həmin an səhifədən uzaqlaşdırılacaq. Burada yalnız işıq, sevgi və yaxşı niyyətlər üçün yer var" deyə, B.Bağırzadə əlavə edib.