Qırğızıstanda özəl məktəbdə 58 nəfər şaurmadan zəhərlənib.
News365.az xəbər verir ki, bu barədə “Sputnik Kyrgyzstan” məlumat yayıb.
Zəhərlənənlərdən 54-i uşaqdır.
Məlumata görə, onlar qusma, ishal və qarın ağrılarından şikayət ediblər. Hadisə günü bütün zərərçəkənlər məktəbin yeməkxanasında şaurma yeyiblər.