Xırdalanda 15 yaşlı oğlan hündürlükdən yıxılaraq öldü

Xırdalanda 15 yaşlı oğlan hündürlükdən yıxılaraq öldü
01 Noy 2025 17:26

Xırdalan şəhərində 15 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

News365.az xəbər verir ki, hadisə şəhərin "Kristal Abşeron" yaşayış kompleksində qeydə alınıb.

2010-cu il təvəllüdlü İ.Quliyev ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada