Abel Məhərrəmova məxsus milyonluq əmlak siyahısı yayıldı: ŞOK QİYMƏTLƏR

Abel Məhərrəmova məxsus milyonluq əmlak siyahısı yayıldı:  ŞOK QİYMƏTLƏR
01 Noy 2025 22:02

Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmovun ailəsinə məxsus geniş əmlak siyahısı üzə çıxıb. 

News365.az-ın məlumata görə, keçmiş rektorun qızı İzabellanın adına 200 hektar ərazidə yerləşən, dəyəri 61 milyon manat olan istirahət kompleksi rəsmiləşdirilib.

Bundan əlavə, ailəyə məxsus “Mona Liza” şadlıq sarayının dəyərinin 23 milyon manat olduğu bildirilir. Bakının mərkəzində isə Abel Məhərrəmov ailəsinə məxsus 11 SPA və idman salonu fəaliyyət göstərir. Hər birinin dəyəri 4–7 milyon manat aralığındadır.

Avtopark da diqqət çəkir. Siyahıda Lamborghini, Porsche, Range Rover, zirehli Mercedes (1 milyon manatlıq), Audi Q7 və Q8 kimi son model avtomobillər yer alır.

Əmlaklar arasında Quba, Xızı, Nabran, Şüvəlan və Mərdəkan ərazilərindəki villalar da var. Həmçinin Şərifzadə küçəsindəki villa, qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq baxçası və Nərimanov heykəli yaxınlığında, dəyəri 1 milyon manatdan çox olan mənzil də siyahıya daxildir.

Rəsmi qurumlar tərəfindən hələlik məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.


Sizin reklam burada
Sizin reklam burada