Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
News365.az lent.az-a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib.
Onun hansı səbəbdən həbs olunduğu hələlik açıqlanmayıb.
N.Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbsqətimkan tədbiri ilə bağlı qərar verilib.
Məlumata görə, Qaradağ İcra Hakimiyyətinin daha iki şöbə müdiri də saxlanılıb.