İrəvana getməkdən imtina EDİLDİ – Səbəb

İrəvana getməkdən imtina EDİLDİ – Səbəb
16:33

Gürcüstanın daimi nümayəndə heyəti Avronest Parlament Assambleyasının növbəti sessiyalarında iştirak etməyəcək.

News365.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. O bildirib ki, bu qərar qurumun gürcü xalqının iradəsinə məhəl qoymaması və üzv dövlətin seçkilərinə, demokratik təsisatlarına müdaxiləsi ilə bağlıdır.

Məlumata görə, Gürcüstan nümayəndələri asambleyanın 28-30 oktyabr tarixində İrəvanda keçirilən iclasına qatılmayıblar.

Qərarın əsas səbəbi Avronest-in Gürcüstan hökuməti əleyhinə qəbul etdiyi bir sıra qətnamələrdir.


Sizin reklam burada
Sizin reklam burada