Söz bizə nə üçün lazımdır?
Söz hardadır və hardandır?
Yaşadığımız həyatın içində hər şey dəyişir və pozulur, hərəkət edən nə varsa həyatın içində sonludur. Olur, ölür.
Söz nədir bəs? Söz dəyişən həyatda dəyişməyən ola bilərmi?
Fəlsəfə bu dərdə dərman axtararaq Sözdən çıxan Termini və terminləri icad etdi ki, onu dəyişməyən etsin.
Fəlsəfədə söz deyil, terminlər dəyişməyənə dönəni Fəlsəfə Elm olaraq tanıdığımız mexanik hərəkətlərin cəmini biliyə çevirdi.
Durulan Yer termin, hərəkət etdirən yer mexaniklik bu günə qədər gəlinən texnolojinin əsasını qoydu.
Söz harda qaldı?
Söz zamandan çıxdı, məkanlaşdığı yer isə mexanik bir hərəkətə tabe etdirildi.
Dərdim, Sözün durduğu yeri bilməkdir ki,
Çarəsizlikdən çıxış nöqtəsini müəyyən edim.
Sözün rəsmi ilə həddi dili qurucu və qoruyucuya çevirir.
Sözün rəsmi bizim məsələmiz deyildir,
Bizim məsələmiz sözün həddidir.
Söz ya şəkil çəkər, ya hədd qoyar,
Dil isə ya şəkili əsas alar, ya da həddi əsas alar, cümlə qurar.
Cümləsinin şəkli ilə həddi bilinməyən Dil isə paslanmış balta kimidir, balta şəkli var, kəsməsi isə yoxdur.
Azərbaycanca son 200 ildə Cümləsi olmayan dildir, yan yana düzülən Sözləri Cümlə edə bilmir,
Cümləsi olmayan dilin oxuma və yazması bilməyə deyil, xəbərləşməyə xidmət edər.
Xəbərləşmə isə heyvanlar arasında istifadə edilən tək əlaqə vastiəsidir.
Yenidən Sözü və söz nədir sualını özümüzə verib, Özlə Söz bağlantısını qurmağa ehtiyacımız var,
Yoxsa bizə təklif edilən zamanın təslim məkanı olacağıq.
Bu yerdə hər kəsə "özün bilərsən" deyib, keçməyə alışdım.
İdris Heydərli, filosof