İsfəndiyar Axundov Elman Nəsirovun qızına ev verir- VİDEO AÇIQLAMA

İsfəndiyar Axundov Elman Nəsirovun qızına ev verir- VİDEO AÇIQLAMA
16:32

“Elman Nəsirov ictimai xadimdir. Millət üçün, xalq üçün o, əhəmiyyətli adamdır. Onun nüfuzuna xələl gəlməməsi və adı hallanan qadın Elman müəllimin bir ürək parçası olduğu üçün bu məsələyə öz dəstəyimi göstərmək istəyirəm”.

Bunu News365.az-a açıqlamasında iş adamı İsfəndiyar Axundov deyib. O bildirib ki, həmin qadına 5 il müddətində yaşamaq üçün ev verirəm:

“Qoy gəlib yaşasınlar. 5 ildən sonra mənzili geri qaytararlar. İstəyirəm ki, Elman müəllim haqqında gəzən söz-söhbət aradan yığışsın. Nəzərə alın ki, Elman müəllim mənim əqidə yoldaşımdır. İkimiz də YAP-ın üzvüyük. Ona görə də onu müdafiə etmək, dəstək göstərmək bizim borcumuzdur”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Millət vəkili Elman Nəsirovun birinci evlilikdən olan qızı Laləzər Əliyevə sosial şəbəkədə çıxış edərək atasından gileylənib.

News365.az



Sizin reklam burada
Sizin reklam burada