Bakıdakı məşhur mağazalar bağlanır? LC Waikiki, New Yorker

Bakıdakı məşhur mağazalar bağlanır? LC Waikiki, New Yorker
09:50

LC Waikiki, New Yorker, Terranova və Calliope – bu mağazalar da bağlanacaq? 

DeFacto mağaza şəbəkələri Azərbaycanda fəaliyyətini tam dayandırıb. Türkiyənin tanınmış geyim markasının Bakı, Sumqayıt və Gəncədəki filiallarının ölkə bazarından tamamilə çıxdığı bildirilir. Belə halda LC Waikiki, New Yorker, Terranova, Calliope və s. mağazaların da gələcək aqibətiylə bağlı suallar yaranır.

İqtisadçı ekspert Natiq Cəfərli DeFacto mağazalar şəbəkəsinin bağlanmasının əsas səbəbini onlayn ticarətə artan maraqla əlaqəli olduğunu bildirib:

“Son illərdə azərbaycanlı istehlakçılar onlayn alış-verişin üstünlüklərini mənimsəyib və aktiv şəkildə Temu, Trendyol kimi platformalardan istifadə edirlər.

Bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində də artıq müşahidə olunur. Ənənəvi (offlayn) mağazalar yüksək əməliyyat xərcləri – icarə haqları, əməkhaqqı, xidmət və vergi ödənişləri səbəbindən rəqabət qabiliyyətlərini itirir, onların onlayn ticarətlə rəqabət apara bilməməsinə səbəb olur. Nəticədə bu xərclər məhsul qiymətlərinə də təsir edir və alıcılar daha sərfəli və səmərəli variant olan onlayn alış-verişə üstünlük verirlər”.

İqtisadçı, həmçinin onu da əlavə edib ki, gözlənilir ki, yaxın gələcəkdə LC Waikiki, New Yorker, Terranova, Calliope və digər brendlər də fəaliyyətlərini əsasən onlayn platformalar üzərindən davam etdirsinlər.

N.Cəfərlinin fikrincə, gələcəkdə ənənəvi mağaza şəbəkələrindən çox, rəqəmsal ticarətin üstünlük təşkil edəcəyi də istisna edilmir.


Sizin reklam burada
Sizin reklam burada