Vaşinqton administrasiyası Suriya hakimiyyətinin ABŞ-ın rəhbərlik etdiyi İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulacağını elan edəcəyini gözləyir.
News365.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrak Bəhreyndə keçirilən “Manama Dialoqu” forumunda çıxışı zamanı bildirib.
Diplomatın sözlərinə görə, Suriya hökuməti artıq müvafiq sənədi imzalamağa hazırlaşır.