ABŞ Prezidenti Donald Tramp DÇ-2026-nın püşkatma mərasimindən öncə FİFA tərəfindən təsis edilmiş Sülh Mükafatına layiq görüləcək.
News365.az xəbər verir ki, ABŞ mediasının məlumatına görə, Tramp mükafatı bu gün Vaşinqtonda keçiriləcək rəsmi tədbir zamanı qəbul edəcək və çıxış edəcək.
FİFA Sülh Mükafatı bu ilin noyabr ayında təsis olunub və Tramp onun ilk qalibi olacaq. Mükafatın yaradılmasında əsas məqsəd futbolun dünyada birləşdirici və sülh təşviq edən rolunu önə çıxarmaqdır.
Xatırladaq ki, 2026-cı ildə Dünya Çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir 11 iyun – 19 iyul tarixləri arasında baş tutacaq.