Sovet İttifaqı qəhrəmanı olan Azərbaycanlılara qənim kəsilən erməni

Sovet İttifaqı qəhrəmanı olan Azərbaycanlılara qənim kəsilən erməni
09:56
Gürcüstan Baş Prokurorluğunda tarixi istintaq materialları saxlanılır. Onlardan birində qeyd edilir ki, Sovet ordusunun marşalı Baqramyan adına erməni batalyonunun Abxaziyada gürcülərə qarşı soyqırımı törədilib. Şahidlərin ifadəsinə görə ermənilərdən ibarət bu dəstə deyirdi:
“Abxaziya sizin idi, indi oldu bizim –Abxaziya kiçik Ermənistandır, Böyük Ermənistanın qərb sahilləridir”
Qafqazda gürcü və Azərbaycan xalqına qarşı soyqırımların birbaşa iştirakçısı olan, Sovet dövründə azərbaycanlı zabitlər, generallar və əsgərlərə qarşı terror həyata keçirən, Daşnaksütun partiyasının fəal üzvü olan 1897-ci ildə hazırkı Şəmkir rayonunun Çardaxlı kəndində doğulan İvan Xristoforoviç Baqramyanın əsl adı Ovanesdir, atasının adı isə Xaçaturdur. Bu adam karyera naminə öz adını da, atasının adını da dəyişib.
1915-ci ildə Rus imperiyasının Gürcüstanın Axalsixe bölgəsindəki 116-cı ehtiyat piyada alayında xidmət edib və burada yüzlərlə gürcünün həyatına son qoyub. Daha sonra isə indiki İran ərazisindəki hərbi əməliyyatlara yollanıb, Həmədan döyüşlərində iştirak edib. 1917-ci ildə Rusiyada "Fevral inqilabı" zamanı türklərə və azərbaycanlılara qarşı amansız terror əməliyyatlarının əsas icraçılarından biri olan "Daşnaksütyun" partiyasının üzvü kimi Osmanlı torpaqlarında və Qafqazda türklərə və digər müsəlman xalqlara qarşı amansız terrorlar həyata keçirib.
O, general Movses Silikyanın komandanlığı altında Birinci Ermənistan Respublikasının erməni diviziyasının 3-cü piyada və 1-ci süvari alaylarının tərkibində türk qoşunlarına qarşı döyüşlərdə iştirak edib və Azərbaycan Cümhuriyyətinə qarşı Zəngəzur döyüşlərində iştirak edib.
Erməni tarixçiləri Baqramyan haqqında əfsanələr yaradaraq onu alman faşizmi üzərində qələbəni təmin edən müharibə qəhrəmanına çeviriblər və hətta İvan Baqramyanı İosif Stalinin ən yaxın sirdaşlarından biri kimi təqdim ediblər. Əlbəttə ki, bütün bunlar mif və əfsanədir. Baqramyan istənilən an şəxsi maraqlarına uyğun olaraq mövqeyini dəyişə bilən bir insan idi. Əvvəlcə Rusiya İmperiya Ordusunda xidmət etmiş, bir az sonra Daşnak Ordusuna keçmiş, türklərə qarşı vuruşmuş və sonra Qırmızı Orduya keçmişdir. Öz rahatlığını və karyerasını təmin etmək üçün hər vasitədən istifadə etmiş, hiyləgər manevrlərlə özünü və hərbi karyerasını qorumuşdur.
Qeyd edim ki, ikinci dünya müharibəsində, Xarkov döyüşlərində məğlubiyyət sovet-alman müharibəsində SSRİ-nin ən uğursuz əməliyyatlarından biri sayılıb. Bu uğursuzluğun əsas müəlliflərindən biri də Baqramyan olub ki, məhz həmin ərəfədə o, cənub-qərb cəbhəsinin qərargah rəisi vəzifəsində xidmət edib. Baqramyanın qeyri-peşəkarlığı sayəsində Xarkov əməliyyatı zamanı sovet ordusunun 180 minə qədər döyüşçüsü, 900-dən artıq texnikası məhv edilib, 250 min nəfər əsir götürülüb. Bununla da alman qoşunlarının Stalinqrada və Qafqaza yolu açılıb. Daha sonra da Baltik cəhbəsində və digər yerlərdə minlərlə əsgər və zabit onun səriştəsizliyinin qurbanı olublar.
Stalinin qəzəbindən onu Jukov və Mikoyan xilas edib. Bu isə dayanmaq bilməyib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ölümündə birbaşa günahkar olan bu şəxs Molotov kokteylinə görə Nobel mükafatına namizədliyi irəli sürülən Yusif Məmmədliyevin sənədlərinə qol çəkilməsinə mane olub. Baqramyan eyni zamanda ilk Sovet İttifaqı Qəhrəmanı adını gənc yaşlarında alan İsrafil Məmmədovun da ölümündə bir başa günahkardır. Bağırovun vasitəsilə Yaltada müalicə alan qəhrəman elə ilk gün orda rəhmətə gedir. Məlum olur ki, onun ölümünə fitva Baqramyan tərəfindən verilir. Erməni tibb bacısının vurduğu zəhərli iynə Qəhrəmanın ömrünə son verir. Sonradan Baqramyanın göstərişi ilə, tibb bacısı olan erməni digər yerə işə təyin edilir.
Erməni tarixçiləri Baqramyanın guya Stalinlə əla münasibətləri olduğunu sübut etməyə çalışsalar da, bu, həqiqətə uyğun deyil. Baqramyanın adı Stalinin nüfuzlu hərbi xadimlər siyahısına daxil edilməyib. Nə qədər çalışsa da, Stalindən nə marşal rütbəsi, nə də Qələbə ordeni ala bilməyib. Mikoyan bunu Stalindən dəfələrlə istəsə də, Baqramyanın arzuları gerçəkləşməyib. Stalin Jukovun, Mikoyanın və Vasilevskinin marşal rütbəsi üçün verdiyi ərizələrə belə baxmayıb və qəti şəkildə imtina edib.
Xruşşovun hakimiyyətə gəlməsi Baqramyanın karyerasında daha bir uğurlu mərhələ oldu. Məhz bu illərdə o, Mərkəzi Komitənin üzvü və SSRİ Ali Sovetinin deputatı seçildi, həmçinin marşal rütbəsinə yüksəldildi. Xruşşov onu bir vaxtlar Baqramyanı ölümdən xilas etmiş marşal Jukovun sui-qəsdindəki fəal roluna görə yüksək qiymətləndirdi.
Sovet dövründə milli məsələnin qarşısı hər cəhdlə alınsa da bu şəxs vəzifəsindən istifadə edərək Parisə gedir və İslam dünyasına qarşı amansız terrorlar keçirən Andranikin məzarı üstündə “1918 -ci ildə vətənim üçün ən çətin illərdə birgə olmaq şərəfinə layiq olduğum Ermənistanın “əfsanəvi qəhrəmanı” Andranikin əbədi xatirəsinə. O. Baqramyan” yazılan çələng də qoymuş idi.
Bu caninin heykəli işğal illərində Xankəndidə var idi. Azərbaycan ordusu onun heykəlini torpaqları azad edəndən sonra layiq olduğu yerə, zibilliyə atıb.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada