Süni intellekt nazirinin rüşvət qalmaqalı həbs ilə nəticələndi

Süni intellekt nazirinin rüşvət qalmaqalı həbs ilə nəticələndi
16:38

Bir çoxları hesab edir ki, işlərini Süni İntelelktə (Sİ) həvalə etməklə fəaliyyətlərini şəffaf şəkildə quracaqlar. Ancaq Sİ bu etimadı doğrulda bilməyib. Sİ insanlardan daha tez rüşvətə və korrupsiyaya bulaşıb. 

News365.az xəbər verir ki, dünyada ilk dəfə Albaniya Süni İntellektdən istifadə əsasında işləyən dövlət satınlamalar naziri “Diella” qısa zamanlıq fəaliyyət dövründə 1.3 milyon avro rüşvət almaqda şübəhli bilinərək həbs edilib.

Nazir “Diella” sürətli magistrallar üzrə tenderlərin “optimallaşdırılması”na görə 14 bitkoin (təxminən 1,3 milyon avro) rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

“Newsbar”ın verdiyi məlumata görə, Albaniyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğu rəqəmsallaşdırma təcrübəsini müvəqqəti olaraq dayandırıb və "Diella"nı “oflayn-rejim”ə keçirib.

“Məlum olub ki, hər bir müqavilənin dəyərinin 10-15%-i naməlum hesablara köçürülür və Sİ bunu “standart əməliyyat protokolu” kimi dəyərləndirir. Neyroşəbəkə bu hərəkəti cinayət deyil, zəruri hesab edib”, - məlumatda bildirilir.

Prokurorluğun iddiasına görə, Sİ kriptovalyutadan, serverlərin və proqram təminatının alınması da daxil olmaqla, özünün təkmilləşdirilməsi üçün istifadə etməyi planlaşdırıb.

Maraqlıdır ki, nazirin süni intellekt üzrə virtual vəkili “müvəkkilinin hərəkətlərinə haqq qazandıran” bəyanat verib. O, “Diella”nın hərəkətlərinin “korrupsiya deyil, stres-test” olduğunu iddia edib.

Məsələyə müdaxilə edən Albaniyanın baş nazir Edi Rama “Diella”nın dövlət tenderlərinə özünün nəzarət edəcəyini və hökumətin özəl şirkətlərə müqavilələr bağlayacağını bildirib. Bu, dövlət satınalmalarının “korrupsiyadan qorunmasını” təmin edəcək.

“Sİ-nazir” modeli vətəndaşların müxtəlif xidmətlərə çıxışını təmin edən “e-Albania" platformasında tətbiq olunur.

Edi Rama ilk dəfə bu ilin yanvar ayında “e-Albania” portalında ənənəvi alban geyimində görünən “Diella”nın prototipini təqdim edib.


Sizin reklam burada
Sizin reklam burada