ABŞ səfiri: Türkiyə S-400-ləri ləğv etməyə doğru gedir

ABŞ səfiri: Türkiyə S-400-ləri ləğv etməyə doğru gedir
19:00

Türkiyə Rusiyanın S-400 havadan müdafiə sistemlərini ləğv etməyə doğru gedir. 

News365.az  xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barak bildirib. 

O, növbəti 4-6 ay ərzində S-400-lərlə bağlı problemin həll ediləcəyini bildirib.

ABŞ səfiri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Benyamin Netanyahu arasında gərginliyə də toxunub. Diplomat bunun sadəcə ritorika olduğunu, iki ölkənin müəyyən müddətdən sonra dil tapacağını vurğulayıb.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 havadan müdafiə sistemləri aldığına görə, 2019-cu ildə ABŞ tərəfindən F-35 qırıcıları ilə bağlı proqramdan xaric edilib. Bundan Türkiyə ABŞ-a F-35 qırıcıları üçün təxminən 1.4 milyard dollar vəsait ödəyib. ABŞ bu vəsaiti hələ də Türkiyəyə qaytarmayıb.


Sizin reklam burada
Sizin reklam burada