Berlində Paşinyanla Merz arasında görüş olacaq

Berlində Paşinyanla Merz arasında görüş olacaq
16:30

Almaniya kansleri Fridrix Merz dekabrın 9-da Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. 

News365.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hill bildirib.

"Çərşənbə axşamı, təxminən saat 16:00-da (Bakı vaxtı ilə 19:00) Almaniya kansleri Federal Kansleriyada Ermənistanın Baş naziri Nikol Paşinyanı qarşılayacaq. Sonrakı danışıqlarda ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə olunacaq", - Hill bildirib.

Onun sözlərinə görə, danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı planlaşdırılır. 


Sizin reklam burada
Sizin reklam burada