Yazdığlarında adları keçməsə də bu iki Şeir ustadı bütün yazdığlarında biri birini qəbul etmədilər.
Şirvana hakim olan Mənüçöhr Axistan atasının Şairi Xəqanini həbs etdirir, sonra da Şirvandan sürgün etdirir.
Nizaminin Axistanın atasının dönəmində Səlcuqlu sultanlarının hər biri ilə münasibəti var, bir tək Şirvanda sözünü eşitmirlər.
Atasının ölümündən sonra Mənuçehir Axistan Xəqanini qovur və Nizamiyə
onun adına dastan başlamasını rica edir.
Və Nizami ilk dəfə Xəqaninin adını çəkmədən Xəqaninin onun haqqında arxa qapılarda söylədiklərini "Leyli və Məcnun"un girişində Mənüçöhrə şikayət edir, sonra da Şikayəti üçün üzr istəyir.
Bu yaşanan bir hekayədir,
Oxuma və yazma bilənlərin bizim coğrafiyada yaşadığları gerçək hekayənin özüdür. Mən bu hekayəni Nizami və Xəqani oxuyarkən onların yazdığlarından aldım,
Bir sətr belə uydurmadım.
Dərdim nədir?
Bu yaşananlar yaşanmış olanlardır,
İki Şeir ustadının dərdi nə idi o zaman?
Nizami də, Xəqani də hər ikisi keçmiş olaraq bir mənbənin üzərində formalaşmış Şairlər idilər. Hər ikisinin keçmişində fərqli bir yaşam və həyat tərzi olub, Nizami atasının dininin, Xəqani anasının dininin fərqli olmasını söyləməkdən çəkinməyiblər,
Hər ikisinin Din dərdi yoxdur,
Bir dərdləri var,
Nizami Söz nədir sualına cavab axtarıb, Şeir yazır, Xəqani Söz necədir sualına cavab axtarıb Şeir yazdı.
Hər ikisi Şair olaraq tarixdə qaldılar.
Nizami Söz nədir sualına cavabı ilə Göylə Yer arasında fərqli bir dünya, Xəqani Söz necədiri göstərmək istədiyi üçün fərqli bir dünyanın parçası oldular.
Uydurulmuş Saray şairliyi bəhsi mənim məsələm deyildir, Sözü qoruyanının harda olması və hardan baxması isə məsələmdir.
Nizami Sözü Şairliyi həyata qaytardı,
Xəqani Sözü Şairliyi həyatdan çıxaran söz idi,
Hər ikisinə Allahdan rəhmət diləyirəm,
Hər ikisini oxuyaram,
Durduğum Yer isə Nizaminin durduğu yerdir,
1000 ildir ki, bu iki söz yazanın dərdi hələ də bu coğrafiyanın dərdidir,
Bildiyim və əmin olduğum bir dəyişməzi anlatmaq üçün yazdım bu yazını,
Bir şey bir yerdə başlanırsa, tamamlanmadığı müddətcə daima təkrar olunar,
Bizim bu dərdləri keçməmiz lazımdır ki,
Fərqli bir dünyanın başlanğıcını inşa edə bilək,
Bu qədər.
İdris Heydərli, filosof