Mişustin Əli Əsədovla telefon danışdı

Mişustin Əli Əsədovla telefon danışdı
17:45

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla telefon danışığı aparıb.

News365.az xəbər verir ki, bu barədə Rusiya Hökuməti məlumat yayıb.

Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, habelə Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.


Sizin reklam burada
Sizin reklam burada