Aİ lideri: Ermənistan və Azərbaycan arasında sülh sazişi yeni imkanlar açır

Aİ lideri: Ermənistan və Azərbaycan arasında sülh sazişi yeni imkanlar açır
18:40

Ermənistan və Azərbaycan arasında sülh sazişi Transxəzər marşrutunun inkişafı üçün böyük perspektivlər yaradır.

News365.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Qazaxıstanın “Silk Way” telekanalına müsahibəsində bildirib.

“Aprel ayında keçirilən Aİ–Mərkəzi Asiya sammitində Orta Dəhlizin inkişafını sürətləndirmək barədə razılığa gəlmişdik. Ermənistan və Azərbaycan arasında sülh sazişi də yeni imkanlar açır. Bu, Asiyanı Avropaya birləşdirən və Qara dənizə çıxışı olan Transxəzər marşrutunun tam inkişafı üçün böyük perspektivlər yaradır”, - Koşta qeyd edib.



Sizin reklam burada
Sizin reklam burada