Biləsuvarda “KamAZ”la minik maşını toqquşub - Xəsarət alanlar var

Biləsuvarda “KamAZ”la minik maşını toqquşub - Xəsarət alanlar var
05 Dek 2025 20:00

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA xəbər verir ki, hadisə Biləsuvar–Bəhrəmtəpə magistralının rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Qəzada minik avtomobilində olan şəxslər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada