Yeni il bayramı
yaxıınlaşır. Və insanlar artıq hazırlıqlara başlayıb. Hər kəs çalışır ki, yeni
ili bol süfrə ilə qarşılasın. Amma bunu etməzdən əvvəl sağlamlığınıza zərər
verməmək üçün hansı qidaları əvvəlcədən almamalı olduğunuzu bilməniz vacibdir.
Bayramlar
üçün qida hazırlayarkən və ya hazırlanmış yeməkləri saxlayarkən unutmayın ki, əgər
onlar uyğun olmayan şəraitdə saxlanılırsa, patogen mikroorqanizmlər tərəfindən
çirklənmə riski yüksəkdir və bu da qida zəhərlənməsinə səbəb ola bilər.
Bəs hansı
qidaların patogen çirklənmə riski yüksəkdir?
1. Pasterizə olunmamış süd,
2. Çiy yumurta,
3. Pasterizə olunmamış süddən
hazırlanmış yumşaq pendirlər,
4. Çiy ət, balıq, dəniz məhsulları,
5. Ev şəraitində konservləşdirilmiş məhsullar,
6. Qaymaqla doldurulmuş xəmir xörəkləri.
Ona görə
də ev şəraitində qida zəhərlənməsinin qarşısını almaq üçün ilk öncə gigiyenaya
diqqət etmək lazımdır. Əlləri və mətbəx səthlərini təmizləmək, ət, balıq, meyvə,
tərəvəz və hazırlanmış qidalar üçün doğrama lövhələrini və bıçaqları ayırmaq, çiy
qidaları istehlakdan əvvəl düzgün bişirmək, istifadə müddətinə baxmaq vacibdir.
Əgər yemək normaldırsa, amma yeməyin görünüşü və ya qoxusu narahatedicidirsə,
onu atmaq ən yaxşısıdır.
Yaxşı
olar ki, bayram yeməklərini yalnız sifarişlə müntəzəm olaraq hazırlayan
restoran və kafelərdən seçəsiniz. Yeməyin keyfiyyəti şübhə altındadırsa, dəyişdirilməsini
istəməkdən çəkinməyin.
News365.az