Balqabaq tumu istehsalçıları aldadıldı

Balqabaq tumu istehsalçıları aldadıldı
16:18

Nevşəhərin Avanos rayonunda təxminən 60 balqabaq tumu istehsalçısı məhsullarını satdıqları firmanın sahibi N.K.-nin ödəmələri etmədən xaricə qaçdığını iddia edərək Avanos Cumhuriyyət Baş Prokurorluğuna şikayət edib.

News365.az xəbər verir ki, istehsalçılar məhkəmə binası önündə toplaşaraq şikayət ərizələrini təqdim ediblər.

Vəkil Zəkəriyə Onur Özkan bildirib ki,F eyni üsulla ümumilikdə 300 milyon lira zərər dəyə bilər və şübhəli N.K. anası, atası və həyat yoldaşı ilə birlikdə xaricə qaçıb. Özkan əlavə edib ki, N.K. qaçmadan əvvəl üzərinə qeyd edilmiş daşınmaz əmlakları başqalarına ötürüb. İş artıq 6 aydır davam edir.

İstehsalçılardan Ömər Avcı isə deyib:
“Balqabaq tumlarını təhvil verdik, amma ödəniş edilmədən şəxs qaçdı. Fabrikasını da ucuz qiymətə satıb. Bu satışın ləğv olunmasını tələb edirik.”

Bildirilir ki, prokurorluq tərəfindən istintaq davam etdirilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada