Cared Kuşner kimdir və Ukrayna danışıqlarında hansı statusla iştirak edir?

Cared Kuşner kimdir və Ukrayna danışıqlarında hansı statusla iştirak edir?
09:36

Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlarda ABŞ tərəfdən fəal iştirak edənlər arasında bir nəfər- investor və milyarder  və Yaxın Şərq monarxiyalarının yaxın dostu olan Cared Kuşner xüsusi diqqət çəkir.

Bəs Cared Kuşner kimdir və onun münaqişələrin həlli ilə əlaqəsi nədir?

News365.az bununla bağlı araşdırma aparıb. Kuşner 1981-ci ildə Nyu-Cersi ştatında milyarder Çarlz Kuşner və Seril Kuşnerin ailəsində anadan olub. Cared Kuşnerin anası Seril haqqında ailə biznesi ilə məşğul olmasından başqa az şey məlumdur. Kuşnerin ata tərəfdən nənə və babası belarusludur. Onlar Holokostdan sağ çıxıblar və 1940-cı illərin sonlarında Amerikaya gəliblər.

Caredin atası, Nyu-York daşınmaz əmlak konqlomeratı olan Kuşner Şirkətlərinin sahibi Çarlz 2005-ci ildə vergidən yayınma, rüşvətxorluq və siyasətçiləri qanunsuz maliyyələşdirməkdə ittiham olunub. Böyük Kuşner Demokrat Partiyasına maliyyə yardımı göstərdiyinə görə 15 ay həbsxanada yatıb və 500 milyon dollardan çox cərimə ödəyib. 2020-ci ildə Donald Tramp tərəfindən tam və qeyd-şərtsiz bəraət qazandı. Hazırda ABŞ-ın Fransa və Monakodakı səfiri vəzifəsində çalışır.

Dörd uşağın ən böyüyü olan Kuşner ortodoks yəhudi ailəsində böyüyüb və uşaqlıqda dini məktəbdə oxuyub. Orta səviyyəli akademik göstəricilərinə baxmayaraq, 1999-cu ildə atasının səxavətli 2,5 milyon dollarlıq ianəsi sayəsində Harvard Universitetinə qəbul olub. Kuşner Harvard Universitetini hökumət üzrə bakalavr dərəcəsi ilə bitirib. 2007-ci ildə Nyu-York Universitetindən J.D. və MBA dərəcələrini alıb.

İş adamı Kuşner

Atası həbsdə olarkən, Cared 20 yaşında ailə biznesini öz üzərinə götürüb. 2006-cı ildə Kuşner naşir olub və The New York Observer qəzetini satın alıb. Bir il sonra Cared Kuşner Manhettendə, 666 Fifth prospektində yerləşən bir binanı 1,8 milyard dollara alıb ki, bu da 15 il əvvəl böyük məbləğ hesab olunurdu. 2008-ci ildə o, Kuşner Şirkətlərinin baş direktoru olub.

Kuşner Donald Trampın böyük qızı İvanka Trampla 2007-ci ildə görüşməyə başlayıb. Cütlük iki il sonra evlənib. Cared Kuşner yəhudiliyin bir qolu olan Xabadın davamçısı olduğundan, İvanka, iddialara görə, evlənməzdən əvvəl Caredin anasının təkidi ilə dinini dəyişməli olub. Cared Kuşner və İvanka Trampın toyu təxminən 1 milyon dollara başa gəlib. Bu gün 44 yaşlı cütlüyün üç övladı var: 14 yaşlı Arabella, 12 yaşlı Cozef və 9 yaşlı Teodor. Cared və İvanka uşaqları ilə birlikdə Florida ştatının Surfside şəhərində yaşayırlar.

2015-ci ildə Cared İvankanın atası Donald Trampın prezidentlik kampaniyasına qoşulub və burada rəqəmsal strategiya və sosial media idarəçiliyindən məsul olub. Mütəxəssislər onun Trampın 2015-ci il seçkilərində uğur qazanmasında mühüm rol oynadığını təxmin edirlər. Tramp prezident olanda Kuşner atasının şirkətindən ayrılıb və 20 faizlik payını saxlayıb. O, Amerika liderinin baş müşaviri təyin edildi və daha sonra Ağ Evlə Amerika texnologiya sənayesi arasında əlaqələrin qurulmasına yönəlmiş Amerika İnnovasiya Ofisinə rəhbərlik etdi. Ofis 2021-ci ildə ləğv edildi.

Cared Kuşner – vasitəçi

Prezidentin kürəkəni Trampın birinci administrasiyasında işlədiyi müddətdə ən azı iki vacib danışıqlarda fəal iştirak etdi:

Dörd illik fasilədən sonra, Trampın ikinci müddəti ərzində Kuşner yenidən diqqət mərkəzində oldu.  2025-ci ilin oktyabrında bu dəfə administrasiyada vəzifəsi olmayan iş adamı Qəzza sülh planının hazırlanmasında fəal iştirak etdi. Onun səyləri yüksək qiymətləndirildi: ekspertlər sahibkarın diplomatların uğursuz olduğu yerdə uğur qazandığını etiraf etdilər.

Cared Kuşner niyə Rusiya ilə danışıqlarda iştirak edir?

Qəzza sülh planı üzrə uğurla razılığa gəldikdən sonra Kuşner 2025-ci ilin yazından etibarən tədricən ABŞ prezidentinin Ukrayna sülh məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla işləməyə başladı.

Tramp üçün Kuşner ən etibarlı sirdaşlarından biridir və etibar edə biləcəyi biridir. O, həmçinin digər ölkələrlə danışıqlarda özünü sübut edib. Donald Trampın Kuşneri Vitkoffla birlikdə Vladimir Putinlə danışıqlara göndərməsi onun tez bir zamanda nəticə əldə etməyə can atdığını göstərir.

Cared Kuşner hazırda nə ilə məşğuldur?

Oktyabr ayında Cared Kuşnerin ilk Tramp administrasiyasında səlahiyyət müddəti bitdikdən altı ay sonra qurduğu Affinity Partners şirkətinin Amerikanın Electronic Arts şirkətini Səudiyyə Ərəbistanı Suveren Sərvət Fondu ilə konsorsiumda satın aldığı açıqlandı. Affinity Partners əsasən Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olmaqla Yaxın Şərq monarxiyalarının maliyyəsi ilə fəaliyyət göstərən investisiya şirkətidir. Affinity Partners hazırda 5,4 milyard dollardan çox sərvəti idarə edir, Kuşnerin xalis sərvəti isə 1 milyard dollardır.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada