Rusiya-Hindistan əməkdaşlığında yeni mərhələ

Rusiya-Hindistan əməkdaşlığında yeni mərhələ
15:55

Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi Yeni Dehlidə baş tutan görüşdən sonra tərəflər arasında geniş spektrli əməkdaşlığı əhatə edən birgə bəyanat imzalayıblar.

News365.az xəbər verir ki, Kremlin rəsmi saytında yayımlanan sənəd Putinin Hindistana son səfərini və iki ölkə arasında ticarət-iqtisadi sahədə əməkdaşlığı, enerji və nəqliyyat layihələrini, eləcə də Uzaq Şərq və Arktikada ortaq təşəbbüsləri əhatə edir. Bəyanatda həmçinin nüvə enerjisi və kosmosdan dinc məqsədlərlə istifadə, hərbi və hərbi-texniki əməkdaşlıq, terrorizmə qarşı birgə fəaliyyət, elmi və mədəni layihələr, eləcə də beynəlxalq platformalarda qarşılıqlı dəstək məsələləri yer alır.

Sənəddə vurğulanır ki, tərəflər Rusiya-Hindistan xüsusi və imtiyazlı strateji tərəfdaşlığının davamlılığını yüksək qiymətləndirir, xarici siyasət sahəsində qarşılıqlı tamamlayıcı yanaşmaları qeyd edir və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində öhdəliklərini təsdiqləyiblər.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada