Ukrayna hakimiyyəti iyulda seçki keçirməyi planlaşdırmır.
News365.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edilib ki, bu məsələ ilə bağlı görüş keçirilməyib və kimsə iyulda seçkilərin təşkili ilə bağlı göstəriş almayıb.
Qeyd edək ki, “Ekonomist” jurnalı Ukrayna Prezidenti Vladimir Zelenskinin ikinci müddətə prezidentliyə fəal şəkildə hazırlaşması ilə bağlı müvafiq göstərişlər verdiyini yazmışdı.