Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum olub.
Şəmkir rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, cəsəddə hansısa iz aşkarlanmayıb.
Qeyd olunub ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovun ölüm səbəbi ürəktutması olub.