Gecə saatlarında vəfat edən məşhur türkiyəli müğənni Koray Avcı yalnız musiqisi ilə deyil, həm də xeyriyyəçiliyi ilə tanınırdı. Sənətçi 63 tələbəyə təqaüd verirdi, onların 50-si Maçkadan olub və atalarını itirmiş gənclər idi.
News365.az-ın əldə etdiyi məlumata görə, Koray Avcı daim daha çox insana dəstək olmaq istəyirdi və "Hədəfim 100 tələbəyə təqaüd verməkdir" – deyirdi. O, paylaşmağın əhəmiyyətini vurğulayaraq belə söyləmişdi:
"Yığdıqların sənin deyil, paylaşdıqların sənindir."
Sənətçi ömrü boyu qazandığı gəliri təhsilə bağışlayacağını bildirib:
"Dünyaya əli boş gəldim, əli boş gedəcəyəm."
Koray Avcı dünən dünyasını dəyişdi. Onun xeyirxah əməlləri və sənəti hər zaman xatırlanacaq. Allah rəhmət eləsin!