200 il sonra Bethovenin DNT-si analiz edilir

200 il sonra Bethovenin DNT-si analiz edilir
31 Mar 2025 21:15

Dahi bəstəkar Lüdviq van Bethovenin ölümündən 200 il sonra onun saçından əldə edilən DNT nümunələri elm adamları tərəfindən analiz edilir.


News365.az xəbər verir ki, tədqiqatçılar bu analiz vasitəsilə Bethovenin sağlamlıq problemlərini, onun eşitmə qabiliyyətini itirməsinə səbəb olan amilləri detallı öyrənməyi hədəfləyirlər.


Bethoven ömrünün son illərində tamamilə kar olmuşdu və bu hal onun musiqi yaradıcılığına böyük təsir etmişdi. Alimlər genetik faktorların və ya digər tibbi səbəblərin onun sağlamlıq vəziyyətinə necə təsir etdiyini müəyyən etməyə çalışırlar.


Bu araşdırma təkcə Bethovenin deyil, eyni zamanda tarixi şəxslərin tibbi sirrlərinin açılmasına kömək edə bilər. Nəticələrin yaxın zamanda ictimaiyyətlə paylaşılması gözlənilir.



Sizin reklam burada
Sizin reklam burada