Tanınmış jurnalist və aparıcı Elvin Basqallı sosial mediada böyük uğurlar əldə edib. Son 30 gün ərzində “Instagram”da 9.2 milyondan çox baxış toplayan Basqallı, “TikTok”da isə aylıq 40-50 milyon baxış göstəricisi ilə izləyicilərinin diqqətini çəkməyə davam edir.
O, hər iki platformada xəbərləri ilə geniş auditoriya qazandığını bildirərək, növbəti hədəfinin yeni TV layihəsi ilə reytinq rekordlarını qırmaq olduğunu açıqlayıb:
"Həmişə tamaşaçılarıma güvənmişəm! Yaxın gələcəkdə yeni TV layihəmlə daha böyük uğurlara imza atacağam."
İzləyicilərinin onu sosial mediada ən baxılan xəbər ünvanına çevirdiyini vurğulayan Elvin Basqallı, tamaşaçılarının dəstəyinə güvəndiyini qeyd edib. Yeni layihənin detallarının tezliklə açıqlanması gözlənilir.