Azərbaycanda 12 günlük bayram tətili başa çatdı

Azərbaycanda 12 günlük bayram tətili başa çatdı
01 Apr 2025 00:23

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb.


News365.az xəbər verir ki, ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi.


Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.


Novruz bayramı ilə əlaqədar 20-26 mart qeyri-iş günü hesab edilib. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.



Sizin reklam burada
Sizin reklam burada