Exeter və Vyana Universitetlərinin alimləri maraqlı bir araşdırma aparıb. 49 nəfər üzərində keçirilən təcrübə zamanı iştirakçılara müxtəlif şəraitlərdə kiçik elektroşoklar verilib və onların ağrını hiss etmə dərəcəsi ölçülüb.
News365.az xəbər verir ki, tədqiqat zamanı iştirakçılara şəhər, ofis və təbiət görüntüləri izlətdirilib. Maraqlı nəticə odur ki, təbiət mənzərələrinə baxanlar ağrını daha az hiss ediblər.
Vyana Universitetindən Max Steininger bu araşdırma ilə bağlı bildirib:
"Nəticə göstərir ki, təbiətin ağrıkəsici təsiri həqiqidir, lakin əldə etdiyimiz effekt dərmanların təsirinin yalnız yarısı qədərdir. Ağrı çəkən şəxslər həkim tərəfindən təyin olunan dərmanları qəbul etməyə davam etməlidirlər. Bununla yanaşı, təbiətdə vaxt keçirmək kimi alternativ metodların da gələcəkdə ağrıkəsici vasitə kimi istifadə ediləcəyinə ümid edirik."
Təbiətin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalar davam edir. Elm adamları təbiətdə vaxt keçirməyin yalnız psixoloji deyil, fiziki ağrılar üzərində də təsirli ola biləcəyini vurğulayırlar.