"Qonaq dövlət başçısını bu şəkildə qarşılamazlar"- Politoloq

"Qonaq dövlət başçısını bu şəkildə qarşılamazlar"- Politoloq
14:26

"O səhnə Amerika Dövlətinə yaraşmayan bir mənzərə idi. Qonaq dövlət başçısını bu şəkildə qarşılamazlar. O, kim olursa olsun – istər dost və müttəfiq ölkənin, istərsə də düşmən hesab edilən ölkənin dövlət başçısı – bir qonaqdır və siz onu dəvət edib qəbul edirsiniz. Belə bir mənzərə açığı, məni təəccübləndirdi."

Politoloq Murad Sadəddin  bunu  News365.az-a açıqlamasında deyib. 

"Ümumiyyətlə, görüşün formatı bir qədər qəribə idi. Kiçik Oval ofisdə çox sayda insan oturmuşdu, hətta kənarda ayaq üstə dayananlar da var idi və onların kim olduğu bilinmirdi. Təbii ki, Tramp özü bilirdi, amma inanmıram ki, Zelenski və Ukrayna tərəfi o ayaq üstə dayanan və kənardan replika atan şəxsləri tanıyırdı.

Bu cür görüşlərdə protokolun əvvəlcədən necə razılaşdırıldığı məlum deyil, amma əminəm ki, bundan sonra dövlət başçılarını qəbul edərkən protokol qaydaları daha dəqiq müəyyən ediləcək. Yəni kimlərin iştirak edəcəyi, harada oturacağı, kimin danışa biləcəyi əvvəlcədən dəqiqləşdiriləcək.

Məsələn, prezidentlər arasında müzakirə gedirdi, lakin kənardan bir nəfər – sonradan məlum oldu ki, jurnalist imiş – birdən söz ataraq soruşur: “Sən niyə kostyum geyinməmisən?” Belə bir sualı vermək səlahiyyəti varmı? Ümumiyyətlə, o kimdir?"


Sizin reklam burada
Sizin reklam burada