İmsakda çay içməyin zərərləri var

İmsakda çay içməyin zərərləri var
14:02

Qara çay bir çoxumuz üçün günün istənilən vaxtında olduğu kimi imsakda da ən çox sevilən içkilər sırasındadır.

News365.az xəbər verir ki, türkiyəli mütəxəssislər imsakda çay içməyin zərərli olduğunu deyir.

Çay tərkibindəki toksinlər səbəbindən insanın gün ərzində daha tez-tez sidiyə getməsinə səbəb olur. 

Araşdırmalara görə, isti içkilər bədəni olduğundan daha isti hiss edir. Çay içdiyimiz zaman bədənimiz normadan çox tərləyir. Ancaq bu tərləmə idmandan sonra yaranan tərlə eyni deyil. Bədəniniz nəzarətli tərlədikcə soyumağa başlayır və üzərinizdəki istilik yox olur.

Yəni çay içmək bədəndəki mayenin itirilməsinə səbəb olur. 

"Xüsusilə də tünd çay bədəndən mayeni çıxarır və axşama qədər susuzluğa səbəb olur. Orqanizmdə mayenin miqdarı azaldığından daş xəstəliyinin əlamətləri də artır. İftardan sonra çay içmək olar, ancaq sahurda içməməyi məsləhət görürük", - deyə mütəxəssislər qeyd edir.



Sizin reklam burada
Sizin reklam burada