"Ermənistanı düşdüyü vəziyyətdən yalnız bu yolla çıxarmaq olar" - Tsarukyan

"Ermənistanı düşdüyü vəziyyətdən yalnız bu yolla çıxarmaq olar" - Tsarukyan
03 Mar 2025 16:14

“Bu vəziyyət bizim ölkəyə yaraşmır. İçində olduğumuz vəziyyət vacib həllər tələb edir. Bu gün xalqımız heç bir partiyaya inanmır, çünki başa düşür ki, bu gün heç bir partiya ölkəni indiki vəziyyətdən çıxara bilməyəcək".

Bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan deyib.

“İndi bizə sağlam, bacarıqlı qüvvələrin və fərdlərin birləşməsi lazımdır. Biz birləşməli, çiyin-çiyinə olub ölkəni bu vəziyyətdən çıxarmalıyıq. Və yalnız bundan sonra sakit, stabil vəziyyət yarananda yeni partiyalar yaratmalıyıq. Ölkəmizin dirçəlməsinə öz töhfəsini verə biləcək yüksək ixtisaslı mütəxəssislərimiz, bütün sahələrdə nüfuzlu adamlarımız var. Ancaq partiya və ya dövlətin mənafeyini deyil, xalqı düşünən insanlar lazımdır”, – Tsarukyan vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada