Dünyanın ən çirkin xanımı - FOTO

Dünyanın ən çirkin xanımı - FOTO
03 Mar 2025 18:59
Mary Ann Bevan adlı qadın 32 yaşında nadir rastlanan akromeqaliya xəstəliyinə tutulub. Bu hormon pozğunluğu nəticəsində onun üzündə və bədənində asimmetrik böyümələr meydana gəlib.

1914-cü ildə həyat yoldaşını itirən Bevan dörd övladına baxmaq üçün iş axtarsa da, fiziki görünüşünə görə iş tapmaqda çətinlik çəkib. Çarəsiz qalan qadın İngiltərədə keçirilən “Dünyanın ən çirkin qadını” müsabiqəsində iştirak etməyə məcbur olub və bu yarışmada qalib gəlib.

Bu qalibiyyətdən sonra sirk və müxtəlif şoularda çalışmağa başlayıb. 1920-ci ildən etibarən New Yorkda keçirilən “Qəribə insanlar” adlı şouda çıxış edib. Gülüş obyektinə çevrilməsinə baxmayaraq, Bevan övladlarının rifahını təmin etmək üçün bu işi davam etdirib.

O, 1933-cü ildə, 59 yaşında vəfat edib. Son arzusu İngiltərədə dəfn olunmaq olub və bu arzu yerinə yetirilib. Mary Ann Bevan həyatının çətinliklərinə baxmayaraq, övladları üçün fədakarlıq edən bir ana kimi yadda qalıb.



Sizin reklam burada
Sizin reklam burada