“Zelenski göstərmək istəyirdi ki, məni heç kim idarə edə bilməz”- Politoloq

“Zelenski göstərmək istəyirdi ki, məni heç kim idarə edə bilməz”- Politoloq
03 Mar 2025 16:59

“Bənzərsiz qalmaqal idi. Mən şəxsən ilk dəfədir belə bir şeyə şahid oldum.”

Politoloq Əbutalıb Səmədov bunu News365.az-a şərh edib.

“Əvvəlcədən məlum idi ki, Tramp ilə Zelenski arasında kifayət qədər baxış fərqi var. Son bir ayda verilən bəyanatlar göstərdi ki, onların arasında ağır danışıqlar gedir. Üstəlik, o sazişlə bağlı da iki dəfə ABŞ-a təqdim etdikləri layihə rədd edilmişdi. Bu da problem yaratdı.

Ancaq bu problemlər davam edirdi. Birincisi, Zelenski görüşə gecikmişdi. Tramp bunu özü üçün çox böyük hörmətsizlik kimi qəbul edirdi, çünki vaxtında gəlməmişdi. İkincisi, əvvəlcədən xəbərdarlıq edilmişdi: hansı formada gəlməlisən? Rəsmi geyin. Və Ukrayna nümayəndə heyətindən bir neçəsi kostyumla gəlmişdi.

Ancaq görürük ki, Zelenski göstərmək istəyirdi ki, məni heç kim idarə edə bilməz. Mən döyüş geyimindəyəm. Bu, mənim müharibə zamanı geyindiyim paltardır. Hətta Tramp da bunu gördü və anladı ki, Zelenski öz mövqeyindən geri çəkilməyəcək.

Amma necə deyərlər, indiyə qədər müharibəyə başlayanlar, bəlkə də bu günə kimi belə geyinib göz qabağına çıxmayıblar. Ancaq indi dünyanın ən böyük dövlətinin lideri özünü göstərmək üçün bunu edir. Bundan istifadə edə bilərikmi? Bu da başqa bir sualdır.”- deyə bildirib.


Sizin reklam burada
Sizin reklam burada