“Görüşdən sonra biz Avropanın bəzi liderlərinin dilindən, xüsusilə də Ukrayna ilə bağlı məsələ bitdikdən sonra Avropanın ciddi təhlükəli problemlərlə üzləşə biləcəyi prizmasından yanaşan bəzi liderlərin Ukraynanın yanında olduqlarını, Zelenskinin dəstəyinin gələcəyi ilə bağlı fikirləri müzakirə etdik. “
Politoloq Anar Əliyev bunu News365.az-a açıqlamasında deyib.
“Təəssüflə qeyd etməliyik ki, bunlar real yardımlar deyil və Avropa Ukraynaya olan dəstəyini əvəz edə bilməyəcək. Nəticə etibarilə Ukrayna düşdüyü vəziyyətdən daha ciddi problemlərlə üzləşmiş olacaq.
Hazırda hər kəsi düşündürən ən vacib suallardan biri budur ki, Birləşmiş Ştatlar Ukraynaya ayırdığı maliyyənin böyük bir hissəsini dayandırsa, digər dövlətlər bunu əvəz edə bilərmi? Məsələnin maraqlı tərəfi odur ki, sözügedən sual beynəlxalq mərkəzlərdə ciddi çaşqınlıq yaradıb. Bir qrup analitik Böyük Britaniya, Almaniya və Fransanın birgə yardım çərçivəsində bu dəstəyi təmin edə biləcəyi qənaətindədir.”