Zaur Hüseynovun qohumu işdən çıxarıldı - İdarə rəisi idi

Zaur Hüseynovun qohumu işdən çıxarıldı - İdarə rəisi idi
28 Fev 2025 14:16

"Bakı Metropoliteni" QSC-də idarə rəisi işdən çıxarılıb. 

 

News365.az xəbər verir ki, bu barədə qurumun sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. 

Vüsal Aslanovun müvafiq əmri ilə QSC-nin Maliyyə departamentinin rəisi Fərhad İbrahimov vəzifəsindən azad olunub.

Qeyd edək ki, Fərhad İbrahimov ötən ilin dekabrında vəzifəsindən azad olunan "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun ən yaxın adamı idi. 

 




Sizin reklam burada
Sizin reklam burada