Səs yazısı yayılan direktor işdən qovuldu

Səs yazısı yayılan direktor işdən qovuldu
03 Mar 2025 21:15

Bakıda məktəb direktoru fəaliyyətindəki nöqsanlara görə işdən azad olunub.


Bu barədə news365.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.


Məlumata görə, Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.


"Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.


Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", - məlumatda qeyd olunub.


Qeyd edək ki, Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi, 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılmışdı. Direktor müəllimlərin ad günü ilə bağlı ona aldığı hədiyyəni bəyənmədiyi, buna görə də pedoqoji heyəti təhqir etdiyi bildirilirdi.


Sizin reklam burada
Sizin reklam burada