Ağız qoxusundan canınızı qutara bilərsiniz: Bunları edin...

Ağız qoxusundan canınızı qutara bilərsiniz: Bunları edin...
03 Mar 2025 15:52

Ağız boşluğunun gigiyenasına düzgün riayət edilmədikdə pis qoxu yarana bilər. Bu problem bir çox səbəbdən qaynaqlana bilər və qısa müddət ərzində həll edilməzsə, xroniki hala çevrilə bilər. Ağızda davamlı pis qoxuya səbəb olan bu vəziyyətdən tək diş məcunu və ya qarqara kimi üsullar vasitəsilə xilas olmaq mümkün olmaya bilər.

News365.az xəbər verir ki, bununla belə, bəzi təbii üsullar ağız qoxusunu aradan qaldırmağa kömək edə bilər:

Nanə çeynəmək:

Nanə təzə teksturası və sağlam tərkibi ilə ağız qoxusunu neytrallaşdırmağa kömək edir. Yeməkdən sonra təzə nanə yarpaqlarını çeynəmək xüsusilə faydalıdır.

Soda:

Soda ağız boşluğunda pH balansını qoruyur və diş məcunu kimi funksiyaya malikdir. Yarım çay qaşığı sodanı bir stəkan su ilə qarışdırıb qarqara etmək, ağız qoxusuna səbəb olan bakteriyaları məhv edir.

Alma sirkəsi:

Alma sirkəsi də ağız qoxusuna səbəb olan bakteriyaları öldürür. Bir xörək qaşığı alma sirkəsini 1 stəkan su ilə qarışdıraraq qarqara etmək mümkündür.

Limon:

Limonun antibakterial xüsusiyyətləri sayəsində ağız qoxusunu aradan qaldırmaq mümkündür. Limonu bir stəkan ilıq suya sıxıb içmək, həm ağız qoxusunu azaldır, həm də səhərlər enerji verir.

Bu təbii üsullar ağız qoxusunu aradan qaldırmağa və ağız boşluğunun gigiyenasını yaxşılaşdırmağa kömək edə bilər.


Sizin reklam burada
Sizin reklam burada