Xəbər verdiyimiz kimi Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsində yerləşən 232 saylı uşaq bağçasının ətrafında sahibsiz itlərin çoxalması təhlükəli vəziyyət yaradıb.
News365.az xəbər verir ki, bu gün bağçanın qarşısında sahibsiz itlərdən biri körpə uşağa və anasına hücum edərək onlara xəsarət yetirib. Hadisə yerində olan şahidlərin sözlərinə görə, ərazidə bu cür halların tez-tez baş verməsi yerli sakinləri narahat edir.
Valideynlər və ərazi sakinləri aidiyyəti qurumlardan məsələyə təcili müdaxilə edilməsini və tədbir görülməsini tələb edirlər.
News365.az dəhşətli fotoları təqdim edir:
Vəfa Vəliyeva, News365.az