Yaponiyalı hakim Yuji İvasava Beynəlxalq Ədalət Məhkəməsinin sədri seçilib.
News365.az xəbər verir ki, bu barədə BƏM-dən məlumat verilib.
Qeyd edək ki, İvasava 2018-ci il iyunun 22-də məhkəmənin üzvüdür. O, əvvəllər Tokio Universitetində beynəlxalq hüquq professoru vəzifəsində çalışıb və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub.