“Britaniya ordusu şəxsi heyət baxımından Azərbaycan ordusundan iki dəfə azdır.”
Politoloq Elçin Alıoğlu bunu News365.az-a açıqlamasında deyib.
“52.000 nəfərlik şəxsi heyəti var. Almaniya ordusunda dağınıqlıq var. Onlar hətta tankın palçıqdan çıxarılması üçün əlavə pul istəyirlər. Öz tankını palçıqdan çıxarmaq üçün əsgər pul tələb edir. Polşanın öz təhlükəsizliyini təmin etməsi vacibdir. Polşa, zahirən yaxşı görünərək pis işlərlə məşğuldur. Polşa, Ukraynanın hər hansı iddiaları ilə bağlı məsələlərlə məşğuldur.
Biz Rusiyaya qarşı dayanmağa gəldik. Əks halda, Avropanın buna gücü çatmazdı. Avropanın heç vaxt gücü olmayıb. Avropa sadəcə protez dişli və əlində əsası olan qoca bir adam kimidir. Çox mübahisə edir, amma realist düşünə bilmir, çünki gücü yoxdur. Bunu da Putin yaxşı bilir. Unutmayaq ki, Rusiya nüvə başlıqlarına sahibdir və bu sahədə dünyada birinci yerdədir. Rusiyanın qarşısını almaq üçün indi Zelenskinin əl-qolunu bağlayaraq onu atəşkəsə məcbur etmək istəyirlər.
Artıq açıq şəkildə deyilir ki, Ukrayna ərazi güzəştlərinə hazır olmalıdır. Zelenski bunu bilməli idi. Niyə bilməli idi? Yenə deyirəm, Azərbaycanın təcrübəsi var. Çətin heç nə yoxdur. Azərbaycan nə edib, ona baxmalı idi. 2008-ci ilin avqustunda Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinin işğalı oldu. Avropa harada idi? 2014-cü ildə Krımın ilhaqı baş verdi. Avropa harada idi? Dağlıq Qarabağın və ətrafındakı yeddi rayonun işğalı oldu. Avropa harada idi?
İllərlə siyasətçilər Azərbaycana dəstək üçün səsini çıxarmadı. Bizim acı təcrübəmiz var. İndi isə bu görməmiş Minsk qrupunun yeni formatını Ukraynaya qəbul etdirmək istəyirlər.“