“Avropa İttifaqı Amerika Birləşmiş Ştatları qədər böyük olmasa da, Ukraynaya verilən maliyyə dəstəyində müəyyən paya sahibdir.”
Politoloq Taleh Əliyev bu sözləri News365.az-a deyib.
“Avropa İttifaqının Ukraynaya davamlı sanksiyaları, siyasi və hərbi dəstəyi, eləcə də Rusiyaya qarşı addımları Rusiyanın Ukrayna cəbhəsində qısamüddətli ciddi irəliləyiş əldə etməsinə səbəb olacaq. Bu isə Tramp və Putinin öz planlarına uyğun olaraq Ukraynanı zəiflətmək təşəbbüsünü ələ almasına imkan verməyəcək.
Avropa İttifaqının yaxın müttəfiqləri iddia edirlər ki, müharibə başladıqdan bəri qurum Ukraynaya 145 milyard dollar məbləğində yardım edib. Bu məbləğ həm ittifaqın özü, həm də üzv dövlətlər tərəfindən ayrılan vəsaitləri əhatə edir. Yardımın tərkibinə hərbi, maliyyə və humanitar dəstək daxildir.
Digər tərəfdən, NATO Kiyev və Türkiyə üçün 50 milyard avrodan çox yardım ayırıb. Bunun 60%-i Avropa və Kanadanın payına düşür. Kiyev İnstitutunun araşdırmalarına görə, Ukraynaya əsas yardımı təmin edən ölkələr arasında Almaniya və ABŞ liderlik edir.”