Sədrlik Azərbaycandan bu ölkəyə keçdi

Sədrlik Azərbaycandan bu ölkəyə keçdi
03 Mar 2025 20:59

Martın 3-də Azərbaycanın sədrliyi ilə GUAM Parlament Assambleyasının onlayn iclası keçirilib.


News365.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, GUAM-a üzv ölkələrinin parlamentarilərinin qatıldıqları tədbir çərçivəsində birgə komitə iclası və büro toplantısı keçirilib, yekun sənədin son variantı təsdiqlənib.


Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsi sədrinin birinci müavini Tornike Çxeişvili çıxışında GUAM-a üzv ölkələr arasında sektoral əməkdaşlığın təşviqinin hər zaman düzgün istiqamətdə atılmış addım olduğunu bildirib. O vurğulayıb ki, bu, ümumi imkanların araşdırılmasına və qarşılıqlı inkişafa töhfə verir.


Çxeişvilinin sözlərinə görə, dialoq, bilik və təcrübə mübadiləsi, eləcə də yeni layihə və təşəbbüslərə üstünlük verilməsi ön planda olmalıdır.


Sessiyanın sonunda Assambleyanın yekun sənədi – Kommünike qəbul edilib.


GUAM Parlament Assambleyasına sədrlik bir il müddətə Azərbaycandan Gürcüstana keçib.



Sizin reklam burada
Sizin reklam burada