Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO

Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO
09 Fev 2025 12:00

Ali təhsilini fərqlənmə ilə başa vuran tələbələrə xüsusi qırmızı diplom verilir. Lakin məzunlar bildirirlər ki, onların yüksək bilik və bacarıqlarının göstəricisi olaraq tanınan bu diplom əmək bazarında heç bir üstünlük təmin etmir.

Təhsil ekspertlərinin də sözlərinə görə, fərqlənmə diplomunun xüsusi bir üstünlüyə malik olmaması tələbələr arasında rəqabət mühitinin formalaşmasının qarşısını alır.

Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, qırmızı diplomun xüsusi bir əhəmiyyət kəsb etməməsinin bir sıra səbəbləri var. Bunlardan ən önəmlisi isə bəzi universitetlərdə qeyri-şəffaf qiymətləndirmə prosesinin həyata keçirilməsidir.

Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, fərqlənmə diplomu məzunun tələbə olduğu müddətdə çalışqanlığının, işgüzarlılığının, məsuliyyətinin və digər üstün keyfiyyətlərinin təcəssümü kimi qəbul edilməlidir. Bu üstünlüklər gələcəkdə əmək bazarına daxil olarkən məzunun işəgötürən tərəfindən ilkin qiymətləndirilməsi zamanı da nəzərə alına bilər.



Sizin reklam burada
Sizin reklam burada